manera.az
manera.az

AYB-nin yeni bölməsi fəaliyyətə başlaya bilər - Rəşad Məcid

📅 12.06.2023 12:45

AYB-nin yeni bölməsi fəaliyyətə başlaya bilər - Rəşad Məcid
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaxın vaxtlarda fəaliyyətə başlaya bilər.

MANERA.AZ xəbər verir ki, bunu AYB-nin sədr müavini Rəşad Məcid Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.

O, bu təşəbbüslə yaxın zamanlarda çıxış edəcəyini bildirib.

"Biz zəfərimizə qədər hər birimiz qarabağlı idik, indi isə qərbi azərbaycanlı olmalıyıq. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Qərbi Azərbaycan İcması gələcəkdə birgə layihələr həyata keçirməlidir”, - R.Məcid vurğulayıb.


Baxış sayı - 318 | Yüklənmə tarixi: 12.06.2023 12:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031