manera.az
manera.az

QƏDİM YURDA NOVRUZ DİLƏKLƏRİ

📅 20.03.2018 14:41

QƏDİM YURDA NOVRUZ DİLƏKLƏRİ


“İzimiz”, işğaldakı torpaqlarda itən milli mənəvi dəyərlərin araşdırılması və tanıdılması İctimai Birliyinin təşkil etdiyi növbəti “Haqqıxlı günü” toplantısı Çanaqqalanın zəfəri günündə Biznes Oteldə (Business Place Hotel) keçirildi. Kənd ağsaqqalları, ziyalıları, gəncləri və qonaqların da iştirak etdiyi toplantı bir kəndin timsalında Qərbi Azərbaycanın, o tərk edilmiş yurdun milli bayramı, novruz adət-ənənələri və bu bayramın o yurdda necə keçirilməsi mövzusuna həsr olunmuşdu.Toplantını giriş sözü ilə açan Birliyin sədri Ayişə Nəbi Birliyin fəaliyyəti barədə məlumat verdi, toplantının keçirilmə səbəbini dilə gətirərək toplantını idarə etməyi filologiya üzfə fəlsəfə doktoru, əməkdar müəllim, Mingəçevirdə ilk lisey-məktəbin yaradıcısı və direktoru Mayıl İsmayılova həvalə etdi.Geniş biliyə və savada malik olan hörmətli Mayıl müəllim məcburi tərk edilmiş, amma unudulmamış doğma yurdumuz haqqında maraqlı çıxış etdi.Sonra sözü ağsaqqallara verdi.Ağsaqqallardan Mədət Mustafayev, Talıb Nəbiyev, Kazım Kazımov, Firuzə Əfəndiyeva qədim el adətlərimizdən danışaraq bu toplantıda iştirak etdiklərinə görə məmnunluqlarını bildirdilər.Sonra tanınmış müəllim, Dəyanət liseyinin müəllimi Səməddin İbrahimov, mühəndis Üzeyir Məmmədov, qonaq araşdırmaçı yazar Nizami Tapdıqoğlu, müəllimələr Zümrüd Kazımova, Gülümnaz İbrahimova,Rəfiqə Hüseynova, geoloq-alim Vaqif Həsənov, mühəndis Oruc Rzayev, elmi işçi Xalidə İbrahimova, Həqiqət Alıyeva, Namidə Kazımova və başqaları maraqlı çıxışlar edərək erməni işğalında olan yurdumuzda itirilən mənəvi mədəni dəyərlər, novruz adət ənənələri haqqında dolğun məlumat verdilər. Qeyd etdilər ki, novruz bu gün də yaşanır, amma o yurdda bu adətlər bir başqa dad verirdi, daha dərin idi.Biz hələ də o qədim yurdu unuda bilmirik, unutmaq istəmirik.Ora bizim ilkinliyimiz, sonumuzdur.Biz ora qayıdacağıq, deyən iştirakçılar, bundan sonra da toplantıların davam etməsini arzuladılar, axır çərşənbə diləyi olaraq da “Biz bu gün Qərbi Azərbaycan Muxtar respublikasının yaranmasını və bizim öz qədim və doğma yurdumuza sərbəst gediş-gəlişimizin təmin olunmasını azru edirik” dedilər.Bu bizim haqqımzdır.
Toplantı xoş novruz arzuları, niyyətləri ilə və sonda qədim yurdun özəl şirniyyatı olan kömbə və qatlamalı çay süfrəsi ilə başa çatdı.Uzaqdan da olsa buradan Qərbi Azərbaycanın bizsiz qalan torpağına Novruzunuz mübarək olsun, dedik.

“İZİMİZ” İB-nin mətbuat xidməti
Manera.az


Baxış sayı - 1 170 | Yüklənmə tarixi: 20.03.2018 14:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031