manera.az
manera.az

Əsas məqsədim teatrda yaradıcılıq mühiti yaradmaqdı... MÜSAHİBƏ -MANERA.AZ

Əsas məqsədim teatrda yaradıcılıq mühiti yaradmaqdı... MÜSAHİBƏ -MANERA.AZ
manera.az

Gəncə Dövlət Dram Teatrının baş rejissoru
İradə Gözəlova daha bir klassik əsərə qurluş verəcək.



Bu günlərdə Gəncə Dövlət Dram Teatrının kollektivi Bakı tamaşaçıları qarşısında çıxış edərək ən yeni işlərindən birini təqdim etdilər. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsərinə müasir baxışla yanaşan kollektiv paytaxtda yaxşı qarşılandı. Tamaşanın quruluşçu rejissoru, Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova suallarımızı cavablandırır.

Rejissorda iradə olanda...

İIradə Gözəlova Vaqif qızı 1982-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1998 ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluqu ixtisasına qəbul olunmuş, 2003 ildə bitirmişdir.
1999 – 2003 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib
2003- 2009 il. Azərbaycan Dövlət “YUĞ” Teatrında rejissor işləyib.
2009 ildə Moskva şəhərində yerləşən A.P. Çexov adına Moskva Bədai Teatrının maqistraturasına qəbul olunmuş və 2011 i ldə bitirmişdim.
2014 ildə Gəncə Dövlət Dram teatrina baş rejissor vəzifəsinə təyin olunmuşdur, hal-hazirda bu vəzifede çalışır.
Quruluş verdiyi tamaşalar (2000-2015)
“Lay-lay” – (A.P. Çexovun hekayələri əsasında) – rejissor (Az. Dövlət“YUĞ” teatrında)
“Ömər...Ömər...Ömər” – (Ömər Xəyyamin rübailəri əsasinda) - rejissor (Az. Dövlət“YUĞ” teatrında);
“Səni görüm”- müəllif və rejissor (Az. Dövlət“YUĞ” teatrında);
“Qəribə oğlan” (İlyas Əfəndiyevin) - rejissor (Az. Dövlət Gəncə Dram Teatrında);
“Bəlayi-eşq” (M. Fizulinin qəzəlləri əsasinda) - rejissor (Az. Dövlət“YUĞ” teatrında);
"Pulxafan" - rejissor (Moskva şəhərində, Meyerxold adına mərkəzdə);
“Oğlum”- müəllif və rejissor (Moskva şəhərində,Meyerxold adına mərkəzdə);
“Ailə səhnələri” (A.Yablonskaya) - (Moskva çəhərində, “Dok” teatrında);
“Mən debiləm”( N.Duxaninanın) - (Moskva şəhərində, Meyerxold adına mərkəzdə).
“Alisa, sən hara?”-rejissor, ssenari müəllifi (Az. Dövlət Rus Dram Teatrında)
“Leyli və Məcnun” Nizami Gəncəvi (xip-xop muzikl) - rejissor, ssenari müəllifi (H.Əliev adına Sarayda)
“Evlənmə” (N.V.Qoqol) –rejissor (Az. Dövlət Gəncə Dram Teatrında)
“1001 gecə” - rejissor, ssenari müəllifi (Az. Dövlət Mingəçevir Dram Teatrında)
“Şah İsmayil Xətai” - (Az. Dövlət Gəncə Dram Teatrında)
“Kimdir müqəssir?” (A. Hakverdiev) - (Az. Dövlət Musiqi Teatrında)
“Dağ Qadin və ya inadçının ram edilməsi” (V. Şekspir) - (Udmurtiya Rus Dram Teatrında, İjevsk şəhərində)
“Dəli yığıncağı” (C. Məmmədquluzadə) - (Az. Dövlət Gəncə Dram Teatrında)
İştirak edib:
Moskvada kecirilən Çexov adina gənc rejissorlsar seminarında;
Londonda olan «Royal Court» teatrında stajirovkada;
Sankt-Peterburqun Aleksandrinka teatrında stajirovkada;
Ukraynada “Lyutıy fevral” festivalında “Səni görüm” tamaşasına görə mükafat;
Ukraynada “Klassika bu gün” festivalinda Qoqoln “Evlənmə” tamaşasına göre mükafat
Udmurtiyanin Rus Dram Teatrında Şekspirin “Dağ Qadin və ya inadçının ram edilməsi” tamaşasına göre mükafat.
Udmurtiyanın İjevsk şəhərində “ Şekspir dünyası” laboratoriyanin qalibi olub.

- İradə xanım, artıq 1 ildirki, Gəncə Dövlət Dram Teatrında baş rejissorsuz. Bu bir ildə teatrda nələri dəyişə bildiniz?


- Mənim məqsədim nəisə dəyişmək deyil, neçə ilin teatrın adətlərini, iş strukturunu dəyişmək çox çətindi. Məqsədim teatrda yaradıcı əhval-ruhiyyə yaratmaqdır.Yeni-yeni maraqlı, tamaşaçı üzünə çıxarıla bilən tamaşalar qurmaqdı.

- Sizin düşüncələrinizi, ideyalarınızı yerinə yetirmək üçün yaradıcı və texnikin heyətin gücü yetərlidimi?


- Yaradıcı heyət məni qane edir.Teatrda çox maraqlı ve istedadlı aktyorlar var... Texniki tərəfdən teatr zəifdi,işıq sistemi,səs və s. Amma teatrın yeni binasının artıq təməli qoyulub və yeni teatrda texnika Avropa standartlarına uyğun olacaq.

- İradə xanım, bu günə kimi əldə etdiklərinizdə ustadınız Vaqif İbrahimoğludunun rolu nə qədərdir?


- Vaqif Ibraqimoğlu mənim müəllimim olub, ustadımdan çox şeylər öyrənməyə çalışmışam. Belə demək mümkünsə, yaradıcı təməlimi Vaqif müəllim qoyub. Sonra Moskvada magistrturada oxuyanda V. Fokindən çox şey öyrənməyə çalışmışam. Düşünürəm ki, sənət adamı müəllimlərndən öyrənib öz yolunu tapmalıdı.

- Bu yaxınlarda Mirzə Cəlilin “Dəli yığıncağı” əsərinə qurluş vermisiz. Bu əsəri səhnəmizə ilk dəfə böyük rejissor Mehdi Məmmədov gətirib və monimental bir tamaşa hazırlayıb. Mehdi müəllimdən sonra bu əsərə quruluş vermək böyük məsuliyyət idi. Niyə məhz “ Dəli yığıncağı”?

- Böyük dramaturqumuzun "Dəli yığıncağı" əsəri məni həmişə cəlb edib.Və bu əsərə mən çoxdan qurluş vermək arzusunda idim. Ən başlıcası, əsər bu günkü günümüzlə çox səslənir. Klassiklər ona görə dahidilər ki əsərləri hər zaman öz aktuallığını saxlayır.

- Əsərdə baş qəhrəman Molla Abbas olsa da sizin quruluşda Doktor Lalbyuz müsbət qəhrəman kimi təqdim olunur...


- Hər rejissorun əsər oxuyanda öz baxış bucağı olur. Məni Doktor Lalbyuz obrazın inkişafı daha çox cəlb edib, çünki əhvalata bir Amerikalının gozu ilə baxmaq mənə çox maraqlı gəldi.

- Gəncə teatrından daha hansı yeniliklər gözləyək?


- Repertuar planimiz artiq tutulub. Yeni ildə mən çoxdan bəri arzusunda olduğum daha bir klassik əsərə- dahi Hüseyn Cavidin “İblis” pyesinə quruluş verəcəm. Yeni il üçün Gəncə Dövlət Dram Tearının yaradıcılıq planları çoxdur. Yeni tamaşalar,qastrollar... Belə bir deyim var niyyətin hara mənzilin də ora...Ümüd edirəm bizim planlarımız yeni 2016-cı ilə reallaşacaq...


Söhbətləşdi:Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728