manera.az
manera.az

İlk dəfə işə qəbul olunan müəllimlərlə bağlı - Dəyişiklik

📅 29.04.2023 17:40

İlk dəfə işə qəbul olunan müəllimlərlə bağlı - Dəyişiklik
Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət 3 ilə qədər azaldılır.

MANERA.AZ xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirdilər.

İndi isə qanuna əsasən, bu rəqəm 3 ilə qədər azaldılıb.


Baxış sayı - 250 | Yüklənmə tarixi: 29.04.2023 17:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930