manera.az
manera.az

Azərbaycanlı şairlər Moldovanın “Personalite” Qızıl Medalı ilə təltif edilib

📅 21.04.2023 18:39

Azərbaycanlı şairlər Moldovanın “Personalite” Qızıl Medalı ilə təltif edilib
Ramiz Rövşən və Səlim Babullaoğlu “Personalite” Qızıl Medalı ilə təltif ediliblər.

Moldovada fəaliyyət göstərən “Personalite ” Beynəlxalq İctimai Birliyinin (Asociaţia Internaţională Obştească “Personalitate”) eyniadlı nəşri bu ilin aprel ayının 14-də “Personalite” / “Şəxsiyyət” Qızıl Medalının təqdimetmə mərasimini keçirib.

Azərbaycandan medal Xalq şairi Ramiz Rövşənə və şair Səlim Babullaoğluna verilib.

MANERA.AZ xəbər verir ki, bu haqda “Müstəqil.az” saytına Kişineuda yaşayan, uzun illər Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etmiş həmyerlimiz, tanınmış ictimai xadim və iş adamı, hüquq elmləri doktoru Vüqar Novruzovun offisindən məlumat veriblər.

Daha əvvəl “Personalite” jurnalının son sayı və həmin sayda dahi Nizami Gəncəvi, Rəsul Rza, Vaqif Səmədoğlu, Ramiz Rövşən və Səlim Babullaoğlunun şeirləri iki dildə-Azərbaycan və rus dillərində təqdim edildiyi barədə yazmışdıq.

Toplunun tərtibçisi və naşiri “Personalite” Beynəlxalq İctimai Birliyinin prezidenti, Moldova Yazıçılar Birliyinin üzvü, akademik Sergey Yevstratyevdir.


Baxış sayı - 461 | Yüklənmə tarixi: 21.04.2023 18:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031