manera.az
manera.az

Günel İmranın yeni kitabı çıxdı

Günel İmranın yeni kitabı çıxdı
Yazıçı Günel İmranın "Maya və beşbaşlı ilan" adlı yeni kitabı nəşr olunub.

MANERA.AZ xəbər verir ki, kitab müəllifin 2016-cı ildə çap olunan "Maya və ifritənin büllur ürəyi" fantastik nağılının davamıdır...

...Bataqlıq ifritəsinin tilsimindən xilas olmaq üçün elflərlə (insanabənzər mifik varlıqlar) birgə mübarizə aparan balaca Mayanın həyatı evlərinə qayıtdıqdan sonra dəyişir, sehrli hadisələr bir-birini əvəz edir. O, bu dəfə pərilər aləmində beşbaşlı ilanın təbiəti məhv etməsinin qarşısını almaq üçün onlara yardım edir. Bir zamanlar pəri olmuş beşbaşlı ilanın timsalında şərlə mübarizə aparır. Balaca Maya bunu bacaracaqmı? Kitabı oxuduqda bu suala cavab tapacaqsınız.

Günel İmran Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2017-ci ildə Prezident təqaüdünə layiq görülüb. "Məni kim öldürdü?!" (2014), "Qapqara günəş" (2015), "Maya və ifritənin büllur ürəyi" (2016), "Ömər" (2018) adlı nəsr kitablarının müəllifidir.

525.az


Baxış sayı - 444 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031