manera.az
manera.az

“Balıqlara xütbə” filmi beynəlxalq festivalda

📅 20.01.2023 14:35

“Balıqlara xütbə” filmi beynəlxalq festivalda
Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) filmi növbəti beynəlxalq festivalda iştirak edib.

MANERA.AZ xəbər verir ki, ekran əsəri Çində, 6-cı Pingyao Beynəlxalq Film Festivalının (Pingyao International Film Festival – PYIFF) proqramında yer alıb. Festival Çinin şimalındakı Şansi əyalətində keçirilib.

Qeyd edək ki, 2022-ci ildə istehsal olunan “Balıqlara xütbə” bir neçə festivalda uğurla nümayiş olunub. Ekran əsəri ötən ilin avqustunda 75-ci Lokarno Film Festivalında (İsveçrə) jürinin xüsusi mükafatına, noyabr ayında isə Almaniyada – 32-ci Cottbus Film Festivalında (FFC) münsiflər heyətinin fəxri mükafatına layiq görülüb.

Azərbaycan, Türkiyə, Meksika və İsveçrə kinematoqrafçılarının iştirakı ilə ərsəyə gələn filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır. Film müharibələrin ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.

“Balıqlara xütbə” filmi beynəlxalq festivalda


Baxış sayı - 445 | Yüklənmə tarixi: 20.01.2023 14:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930