manera.az
manera.az

Əsərlərini öz qanı ilə çəkən rəssam - Araşdırma

Əsərlərini öz qanı ilə çəkən rəssam - Araşdırma
MANERA.AZ rəsmlərində boya əvəzinə öz qanından istifadə edən filippinli rəssam Elito Circa haqqında yazını təqdim edir.

52 yaşlı filippinli rəssam Elito Circa rəsmlərini öz qanı ilə çəkərək hər kəsi heyran edib. Circa kasıb bir ailədə böyüyüb və rəsm çəkmək üçün heç vaxt materialı olmadığından, həmişə fərqli şeylərdən istifadə edib.

O, ilk rəsmlərində gavalı, pomidor və digər meyvə-tərəvəzlərdən boya kimi istifadə edib.

Circa bir gün emalatxanasında çalışdığı vaxt bədbəxt hadisə nəticəsində yaralanır. Bu zaman xəsarət alan rəssamın qolundan axan qan onun ağlına yeni ideya gətirir.

Belə ki, o, yenicə başladığı rəsmi tamamlamaq üçün öz qanından boya kimi istifadə etməyə çalışıb. İşin uğurlu alındığını görən Circada bu, sonradan aludəçiliyə çevrilib.

O vaxtdan bəri bütün rəsmlərini öz qanı ilə çəkən Circa üç aydan bir sağlamlıq mərkəzinə gedib qan aldığını və sonra isə həmin qanı soyuducuda saxladığını bildirib.

Rəssam bu haqda danışarkən bildirib ki, əsərləri qanı bahasına başa gəldiyinə görə, onun üçün çox vacibdir: “Onlar mənim DNT-min daşıyıcılarıdır”.

Böyüdüyü Pantabanqan şəhərinin tarixini əks etdirən 122x244 sm ölçülü divar rəsmini çəkdikdən sonra Circanın yeni məqsədi dünyanın ən böyük rəsmini öz qanı ilə çəkməkdir. O, 2023-cü ildə 100 metrlik kətan üzərində indiyə qədər çəkilmiş ən böyük qan tablosunu yaratmaqla dünya rekordu qırmaq istəyir. /kulis.az/

Əsərlərini öz qanı ilə çəkən rəssam - Araşdırma
Əsərlərini öz qanı ilə çəkən rəssam - Araşdırma
Əsərlərini öz qanı ilə çəkən rəssam - AraşdırmaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728