manera.az
manera.az

Uşaqlar üçün ustad dərsləri keçiriləcək

📅 14.01.2023 12:02

Uşaqlar üçün ustad dərsləri keçiriləcək
Yanvar ayı ərzində “Little YARAT” layihə çərçivəsində ustad dərsləri təşkil olunacaq.

YARAT-dan MANERA.AZ-a bildirilib ki, “Evim” adlı ustad dərsləri yanvarın 15-dən start götürəcək.

Ustad dərsinin iştirakçıları öz evlərinin xarici görüşünü təhlil edəcəklər və xatirələrini canlandıraraq onu kağız üzərində boyalarla çəkəcəklər.

Yanvarın 22-də isə mövzu “Günəş sistemi” olacaq. Ustad dərsində ilk növbədə iştirakçılar Günəş sistemi ilə tanış olacaqlar, daha sonra planetlərin çalarlarını təhlil edib, onları müxtəlif texnikalarla təsvir edəcəklər.

Yanvarın 29-da isə mövzu “Saat neçədir?” olacaq. İştirakçılar, gün ərzində zamanı necə idarə etdiklərini və hansı fəaliyyətlər ilə məşğul olduqlarını əks etdirən karton saat yaradacaqlar.

Ustad dərsi 4-7, 8-12 yaşarası uşaqlar arasında keçiriləcək.


Baxış sayı - 465 | Yüklənmə tarixi: 14.01.2023 12:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031