manera.az
manera.az

"YARAT"da ilk dəfə "DanceAbility – İnklüziv rəqs” ustad dərsləri keçilib

📅 10.10.2017 11:00

"YARAT"da ilk dəfə "DanceAbility – İnklüziv rəqs” ustad dərsləri keçilib
Bakıda ilk dəfə keçirilən "DanceAbility – İnklüziv rəqs” ustad dərsləri iştirakçıların yekun performansının nümayişi ilə başa çatıb.

Altı günlük təlim və yekun performans “Rapid Solutions” şirkətinin dəstəyilə YARAT Müasir İncəsənət Mərkəzində baş tutub. Mərasimdə Azərbaycanda akkreditə olunan diplomatik korpusların nümayəndələri, eləcə də mədəniyyət xadimləri iştirak edib.

“DanceAbility Azərbaycan”ın təsisçisi və bədii rəhbəri Nigar Sultanova-Yıdırım çıxış edərək, iştirakçıların professional və qeyri-professional rəqqaslar, eşitmə və fiziki məhdudiyyətli, daun sindromlu insanlar, tələbələr və aktyorlardan ibarət olduğunu bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycanda və Şərqdə ilk dəfə tətbiq edilən bu rəqs metodu insanlara özünü ifadə etmə azadlığı verərək, bütün iştirakçıların, o cümlədən müxtəlif məhdudiyyətli insanların həyata və cəmiyyətə inteqrasiyasında yardımçı rol oynayır. Daha sonra iyirmi nəfər iştirakçının qatıldığı müasir rəqs kompozisiyası qonaqlara təqdim edilib. Qafqazda və Şərqdə ilk dəfə Azərbaycanda nümayiş olunan yeni rəqs növü qonaqlar tərəfindən tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bu rəqs metodologiyası 1987-ci ildə ABŞ-da, Alito Alessi və Karen Nelson tərəfindən tərtib edilib. Hazırda müstəqil DanceAbility filialları Azərbaycanla yanaşı Avstriya, Finlandiya, Honq Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir.
"YARAT"da ilk dəfə "DanceAbility – İnklüziv rəqs” ustad dərsləri keçilib


Baxış sayı - 1 185 | Yüklənmə tarixi: 10.10.2017 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031