manera.az
manera.az

Bakıda Türk Filmləri Həftəsinin açılışı oldu - FOTO

📅 18.12.2022 08:38

Bakıda Türk Filmləri Həftəsinin açılışı oldu - FOTO
Bakıda Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsinin açılışı keçirilib.

MANERA.AZ xəbər verir ki açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç və başqaları çıxış edib.

Türk Filmləri Həftəsi 17-21 dekabr tarixlərini əhatə edəcək.

Həftə çərçivəsində Türkiyə kinematoqrafçılarının son illər istehsal etdikləri 7 yeni ekran əsərinin nümayişi baş tutacaq.

Həftə ərzində İsmail Fidanın “Rafadan Tayfa Göbeklitepe”, Mustafa Uğur Yağcıoğlunun “Aşkin Ömrü”, Emir Khalizadehin “Adanış - Kutsal Kavga”, Özer Feyzioğlunun “İyi ki varsın Eren”, Kemal Uzunun “Ankara Yazı” və Mehmet Ada Öztekinin “7. Koğuştaki Mucize” filmləri böyük ekranlarda Azərbaycan altyazıları ilə göstəriləcək.

Layihə çərçivəsində tanınmış Türkiyə kinorejissoru Semih Kaplanoğlunun iştirakı ilə azərbaycanlı gənc kinosevərlər üçün ustad dərsi təşkil olunacaq.

Qeyd edək ki, film nümayişləri və ustad dərsinə giriş sərbəstdir.

Bakıda Türk Filmləri Həftəsinin açılışı oldu - FOTO
Bakıda Türk Filmləri Həftəsinin açılışı oldu - FOTO
Bakıda Türk Filmləri Həftəsinin açılışı oldu - FOTO
Bakıda Türk Filmləri Həftəsinin açılışı oldu - FOTO
Bakıda Türk Filmləri Həftəsinin açılışı oldu - FOTO


Baxış sayı - 359 | Yüklənmə tarixi: 18.12.2022 08:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031