manera.az
manera.az

Tehran Əlişanoğlunun yeni kitabı çap olunub - FOTO

📅 13.05.2022 11:37

Tehran Əlişanoğlunun yeni kitabı çap olunub - FOTO
Tənqidçi-ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Müxbir üzvün qeydləri” adlı yeni kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəyli, rəyçisi filologiya elmləri doktoru Elnarə Akimovadır.

Kitabda Tehran Əlişanoğlunun son beş ildə müxbir üzv seçiləndən qələmə aldığı elmi və ədəbi-tənqidi məqalələri toplanmışdır.

“Heydər Əliyev və ədəbiyyat”, “Ədəbiyyatda Ali Baş Komandan”, “Yubiley saatı”, “Haşiyələrdə ədəbiyyat” və “Ədəbi proses hərəkatı” adlı bölmələrdə sistemləşdirilən məqalələrdə cari ədəbiyyatın son illərdəki bütün hərəkətlilik mexanizmini izləmək, çağdaş ədəbiyyatı bütün təzahür və tendensiyalarında dərk etmək, xüsusilə Zəfər tariximizdən sonra ədəbiyyatımızın vardığı yeni hüdudları görmək mümkündür.

Tehran Əlişanoğlunun yeni kitabı çap olunub - FOTO


Baxış sayı - 784 | Yüklənmə tarixi: 13.05.2022 11:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031