manera.az
manera.az

“Qazax nəsri” antologiyası təqdim edilib

“Qazax nəsri” antologiyası təqdim edilib
Oktyabrın 19-da Qazaxıstanın Azərbaycandakı Səfirliyində Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlər qurulmasının 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə səfirliyin dəstəyi ilə işıq üzü görmüş “Qazax nəsri” ədəbi antologiyası təqdim olunub.

Səfirlikdən MANERA.AZ-a bildirilib ki, antologiyanı yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib və tərcümə edib, ön sözün müəllifi ədəbiyyatşünas, professor Bədirxan Əhmədli, redaktoru isə şair-tərcüməçi Mahir Qarayevdir.

Səfir Serjan Abdıkərimov qonaqları salamlayaraq son illərdə Qazaxıstan və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafından söz açıb, bu yönümdə ədəbiyyatın müstəsna rolundan bəhs edib.

Antologiyanın tərtibçisi və tərcüməçisi Nəriman Əbdülrəhmanlı müstəqillik dövründə qazax və Azərbaycan ədəbiyyatlarının qarşılıqlı tanıdılması yönündə xeyli irəliləyiş olduğunu, Abay Kunanbayev, Muxtar Auezov, Kemel Tokayev, Oljas Süleymenov, Muxtar Şaxanov, Rollan Seysenbayev kimi söz ustalarının sanballı kitablarının Azərbaycan oxucularına çatdırıldığını vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov-Tağısoy, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Bədirxan Əhmədli, Mahmud Kaşğari Fondunun rəhbəri Elxan Zal Qaraxanoğlu, BDU Türkologiya kafedrasının professoru Firuzə Ağayeva xalqlarımız arasında mədəni və ədəbi əlaqələrin möhkəmlənməsində bu cür nəşrlərin əhəmiyyətindən söz açıblar.

Səfir S.Abdıkərimov yekun sözündə səfirliyin gələcəkdə də bu cür sanballı nəşrlərin işıq üzü görməsinə yardım etmək niyyətində olduğunu bildirib.

“Qazax nəsri” antologiyası təqdim edilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031