manera.az
manera.az

Müstəqillik Gününə həsr edilmiş "İntellektinlə yarış" keçirilib

📅 18.10.2022 13:34

Müstəqillik Gününə həsr edilmiş "İntellektinlə yarış" keçirilib

Müstəqillik Gününə həsr edilmiş "İntellektinlə yarış" keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş "İntellektinlə yarış!" adlı "Xəmsə" Milli İntellektual Oyunu üzrə Naftalan şəhər çempionatı keçirilib.

Manera.az xəbər verir ki, yarış gənclərin məlumat bazasının formalaşdırılması, möhkəmləndirilməsi və əyləncəli şəkildə elmi və praktiki biliklərə yiyələnməsi məqsədilə həyata keçirilib.

Sonda qalib komanda sertifikat və hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, çempionat Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin və Naftalan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Naftalan Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilib.

Müstəqillik Gününə həsr edilmiş "İntellektinlə yarış" keçirilib


Baxış sayı - 422 | Yüklənmə tarixi: 18.10.2022 13:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930