manera.az
manera.az

Yazıçılar Birliyinin XIII qurultayının yeri və vaxtı dəqiqləşdi

📅 13.10.2022 12:07

Yazıçılar Birliyinin XIII qurultayının yeri və vaxtı dəqiqləşdi
Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayının keçiriləcəyi məkan və vaxt dəqiqləşib.

Bu barədə MANERA.AZ-a AYB-dən məlumat verilib.

Qeyd edilib ki, Qurultay 26 oktyabr saat 10:00-da, Akademik Milli Dram Teatrında keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.

26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək.

Qurultay nümayəndələrinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.


Baxış sayı - 480 | Yüklənmə tarixi: 13.10.2022 12:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930