manera.az
manera.az

Dünya şairləri Şuşa üçün şeir oxuyacaqlar

Dünya şairləri Şuşa üçün şeir oxuyacaqlar
Sentyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Şuşaya salam” beynəlxalq poeziya layihəsinin təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyi, AYB və "Space" televiziyasının birgə təşkilatçılığı ilə reallaşacaq layihə “Şuşa İli”nə həsr olunub.

Layihə çərçivəsində 30 ölkədən 44 tanınmış ədəbiyyatçı və şair Şuşa üçün şeir oxuyacaq. Azərbaycandan layihəyə 8 şair qoşulub.

Tədbirdə AYB-nin katibi, şair-publisist Səlim Babullaoğlu layihə ilə bağlı məlumat verib.

Bildirib ki, layihə ilə əlaqədar dünyanın 30 ölkəsində yazarlara müraciət edilib: Sentyabrın 27-dən başlayaraq hər gün bir şairin səsləndirdiyi şeir “Space” TV-də yayımlanacaq və bu, Zəfər Gününə qədər davam edəcək.

Qeyd edək ki, “Şuşaya salam” layihəsi sentyabrın 27-də başlayacaq və 44 gün davam edəcək.

Dünya şairləri Şuşa üçün şeir oxuyacaqlar
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031