manera.az
manera.az

Parisdə gənc rəssamlarımızın sərgisi açılıb - FOTO

📅 04.09.2022 14:32

Parisdə gənc rəssamlarımızın sərgisi açılıb - FOTO
Fransanın paytaxtı Parisdə Azərbaycanın gənc rəssamlarının əl işlərindən ibarət rəsm sərgisinin açılışı keçirilib.

MANERA.AZ rəssam Nigar Nərimanbəyovanın təşkilatçıllğı ilə “İnternational Art Gallery”də baş tutan sərginin keçirilməsində məqsəd Azərbaycanı, ölkəmizin incəsənətini Fransada yaxından tanıtmaq, istedadlı azyaşlı rəssamların əl işlərini fransalı rəsm həvəskarlarına nümayiş etdirməkdir.

Sərginin açılışında çoxlu sayda fransalı və xarici qonaqlar, jurnalistlər, incəsənət həvəskarları iştirak edib.

Sərgidə Əminə Quliyeva, Mədinə Qarayeva, Mədinə Abbaslı, Tahir Qarayev, Əli Aşımlı, Cavad Aşımlı, Məryəm Qarayeva, Fərəh Hacızadə, Əfruz Rəhimovanın əl işləri yer alıb. Azyazlı rəssamlar əsərlərində Azərbaycan milli geyimləri, Qarabağ mövzularına yer ayırıb, incəsənət vasitəsilə ölkəmizin tarixi və mədəniyyətinin zənginliyini fransalılara nümayiş etdirməyə çalışıblar.

Sərgi sentyabrın 12-dək davam edəcək.

Xatırladaq ki, Nigar Nərimanbəyova Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun qızıdır.

Parisdə gənc rəssamlarımızın sərgisi açılıb - FOTO
Parisdə gənc rəssamlarımızın sərgisi açılıb - FOTO


Baxış sayı - 436 | Yüklənmə tarixi: 04.09.2022 14:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031