manera.az
manera.az

“Yaradıcı gənc əllər” rəsm sərgisi açılıb

📅 04.03.2019 12:50

“Yaradıcı gənc əllər” rəsm sərgisi açılıb
Xətai Sənət Mərkəzində “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi açılıb.

Manera.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Gənclər Fondu və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Sərgi ölkəmizin yaradıcı gənclərin tanınmasına və əl işlərinin nümayişinə dəstək olmaq məqsədi daşıyır.

Sərgidə müxtəlif əl işlərindən ibarət stendlər, o cümlədən, rəsm əsərləri, muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən əsərlər nümayiş olunur.
“Yaradıcı gənc əllər” rəsm sərgisi açılıb
Ekspozisiyada 50-dən artıq gəncin əl işi və rəsmləri sərgilənir.

Sərgidə, həmçinin Koreya Respublikasına aid bəzək əşyaları, jurnallardan ibarət guşə, bu ölkənin milli geyimi olan “Hanbok” da nümayiş olunur. Qonaqlar təkcə Azərbaycan mədəniyyəti motivləri ilə deyil, dost ölkənin mədəniyyətinə aid nümunələr ilə də yaxından tanış ola biliblər.

Sərgi çərçivəsində gənc ifaçılar royal və skripkada müxtəlif musiqi nömrələri ifa edib. Layihənin rəhbəri Nigar Yusupovadır.

MANERA.AZ


Baxış sayı - 1 664 | Yüklənmə tarixi: 04.03.2019 12:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031