manera.az
manera.az

Rektor yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

 Rektor yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər - Elnarə Əhmədova, Fatimə Məmmədli, Leyla Rzazadə və onların valideynləri ilə görüşüb.

Universitetdən MANERA.AZ-a verilən xəbərə görə, görüşdə qəbul imtahanlarında yüksək nəticələr göstərən abituriyentləri təbrik edən Ş.Bayramov onların bu uğurlarında pay sahibi olan valideynlərinə və müəllimlərinə minnətdarlığını ifadə edib. Ali təhsil almaq üçün MDU-nu seçən gənclərə təşəkkürünü bildirən rektor universitetdə onların hərtərəfli inkişafı, layiqli vətəndaş və yüksək ixtisaslı kadr kimi yetişmələri üçün bütün zəruri imkanların mövcud olduğunu diqqətə çatdırıb.

MDU-nun müvafiq ixtisaslarına qəbul olacaq abituriyentləri gələcəkdə maraqlı tələbə həyatı gözlədiyini vurğulayan Ş.Bayramov son dövrdə universitetin tələbə gənclərinin idarəçilikdə, könüllülük və digər sosial fəaliyyətlərdə aktivliyindən və qazandıqları uğurlardan bəhs edib. Gənclərin yaradılan əlverişli təhsil mühitindən maksimum faydalanacaqlarına əminliyini bildirən rektor MDU ailəsinin üzvləri olaraq onlara uğurlar arzulayıb.

Hazırda MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində baş verən müsbət dəyişiklikləri izlədiklərini qeyd edən görüş iştirakçıları universitetlə yaxından tanış olduqdan sonra seçimlərində yanılmadıqlarını bildirib və universitetlə bağlı gözləntilərinin doğrulacağına inamlarını ifadə ediblər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında Elnarə Əhmədova 599.3 bal, Fatimə Məmmədli 560 bal və Leyla Rzazadə 529.7 bal toplayıb. Onlar ali təhsil almaq üçün MDU-nun müvafiq ixtisaslarını seçiblər. Son dövrdə MDU-ya qəbul olan tələbələr arasında yüksək bal toplayanların sayında müsbət dinamika müşahidə edilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31