Türkiyədə “Könül bağımız Qarabağdır” adlı konsert olacaq - Foto
Konsert 16 sentyabr 2022-ci il tarixində Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.
Manera.az xəbər verir ki, proqramda hər iki ölkənin rəsmi dövlət xadimləri, diplomatlar, millət vəkilləri, diasporunun təmsilçiləri və Qarabağ qaziləri iştirak edəcək.
Konsert proqramında azərbaycanlı sənətçilərdən; Elnarə Abdullayeva, Nigar Məhərrəm, Tərlan Novxani, Babək Nifteliyev, Səida Quliyeva, Murad Laçın, Türkiyəli sənətçilərdən; Sabina Selcan, Cansever, Cevher, Nurdoğan Öz, Ertuğrul Şakar və s. müxtəlif musiqi nömrələri ilə çıxış edəcəklər.
Proqramın təşkilatçısı olan “Usuboğlu” şirkətinin rəhbəri Samiral Usuboğlu Manera.az-ın mövzuyla bağlı suallarını cavablandırıb.
Samiral Usuboğlunun sözlərinə görə, konsertin təşkil olunmasında əsas məqsəd Türkiyədə yaşayan azərbaycanlıların – burada müalicə olan qazilərin - eləcə də, Türkiyə xalqının nümayəndələrinin bir araya gəlib qaynaşmasını təmin etmək və eyni zamanda, gecə Azərbaycanın mədəniyyət nümunələrini nümayiş etdirməkdir.
“Gecədə Azərbaycanın tanınmış modelyeri Fəxriyə Xələfovanın iştirakı ilə Azərbaycanın milli geyimlərinin nümayişi olacaq. Eyni zamanda, qonaqlara Azərbaycan mətbəxinə dair yeməklər təqdim olunacaq.” – deyən təşkilatçı şirkətin təmsilçisi səhnədə Azərbaycan və Türk xalq rəqslərinə də ifa yer veriləcəyini qeyd edib.
Bütövlükdə, konsert proqramına 2000-ə yaxın insanın qatılacağının gözlənildiyini deyən Samiral U. gecədə bir qrup qonağın mükafatlandırılacağını, onlara “Vətən savaşı”nın qələbəsi xatirəsinə xüsusi mükafatların təqdim olunacağını deyib.
O, qonaqların konsert sahəsinə xüsusi servis vasitələriylə qatıla biləcəklərini söyləyərək, şəxsi avtomabilləri ilə gələcək qonaqlar üçün ərazidə pulsuz parkinq sahəsinin ayrılacağını da, vurğulayıb.
Samiral Usuboğlu sonda qeyd edib ki, proqramda uşaqların əyləncəsi də təşkil olunacaq. Belə ki, uşaqlar üçün əlavə zonada oyun meydançası təşkil olunacaq. Bu ərazidə uşaqlar əyləncəli və təhlükəsiz bir mühitdə vaxt keçirəcək; Uşaqlarla xüsusi maraqlanan nəzarətçilər ayrılacaq.
Qeyd edək ki, “Könül Bağımız Qarabağdır” mədəniyyət gecəsinin biletini aşağıdakı vasitəsiylə əldə edə bilərsiz.
https://biletino.com/tr/e-h8b/gonul-bagimiz-karabagdir-kultur-ve-sanat-gecesi/
Şəhla Aslan,
Türkiyə, İstanbul