Ssenari müsabiqəsinin qalibləri məlum oldu - FOTO

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” tammetrajlı bədii film ssenarisi müsabiqəsi yekunlaşıb və qaliblər məlum olub.
MANERA.AZ xəbər verir ki, müsabiqənin qalibi Mirsadıq Ağazadənin "Supəri" ssenarisi olub.
İkinci yerin qalibi Türkan Hüseyn – "Axırıncı palata", üçüncü yer isə Nicat Dadaşov – "Zirzəmi" ssenarisi olub.
Qeyd edək ki, müsabiqədə ümumilikdə 53 ssenari iştirak edib.
Xatırladaq ki, "Supəri" ssenarisi 1993-cü il mart ayının 31-dən may ayının 23-dək Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalan azərbaycanlıların həyatından bəhs edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.