manera.az
manera.az

Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

📅 30.07.2022 16:13

Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub
2 saylı Gəncə regional ”ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “Şuşa İli”nə həsr olunmuş “Dəmir Yumruq” tamaşası nümayiş olunub.

MANERA.AZ xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Regional Bölməsinin sədri Xəzangül Hüseynovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mətləb Təhmazibdir.

Əvvəlcə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra tamaşanın premyerası olub. Tamaşa 44 günlük Vətən müharibəsindən bəhs edir, gənclərin maarifləndirilməsi baxımından önəm daşıyır. Tamaşada igidlərimizin, şəhidlərimizin qəhrəmanlığından, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibədə yürütdüyü müdrik siyasətindən bəhs edilib.

Tamaşanın nümayişindən sonra çıxış edən şair-yazıçı Xəzangül Hüseynova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, teatrşünas-tənqidçi Anar Bürcəliyev, rejissor Mətləb Təhmazib və digərləri tamaşanın əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, tarixi əsərlərin tamaşaya qoyulması gənclərin maarifləndirilməsi baxımından olduqca önəmlidir.

Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub
Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub
Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub


Baxış sayı - 578 | Yüklənmə tarixi: 30.07.2022 16:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031