manera.az
manera.az

Mübariz Mənsimov azad edildi

📅 05.03.2021 20:57

Mübariz Mənsimov azad edildi
Bu gün İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Manera.az-ın xəbərinə görə, keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin olunub və Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Qeyd edək ki, M. Mənsimov ötən ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.


Baxış sayı - 407 | Yüklənmə tarixi: 05.03.2021 20:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031