manera.az
manera.az

Mübariz İbrahimov haqqında roman nəşr edildi

📅 21.08.2020 16:01

Mübariz İbrahimov haqqında roman nəşr edildi
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında cizgi romanı işıq üzü görüb.

Manera.az xəbər verir ki, “Hədəf Nəşrləri”ndə ərsəyə gələn kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, rəssamı Vasif Səftərovdur.

Kitab “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə nəşr olunub.

Yerli oxucular üçün ənənəvi olmayan cizgi roman üslubunda nəşr olunan bu kitab Mübariz İbrahimovun əsasən döyüş yolu və qəhrəmanlığından bəhs edir.

“Mübariz İbrahimov. Cizgi roman” kitabı 2020-ci ilin noyabr-dekabr aylarında Biləsuvar rayonunda keçiriləcək silsilə tədbirlərdə təqdim olunacaq.

Oxucular kitabı artıq mağazalardan əldə edə bilərlər.


Baxış sayı - 1 429 | Yüklənmə tarixi: 21.08.2020 16:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031