manera.az
manera.az

Bakıda beynəlxalq piano festivalı keçiriləcək - İlk dəfə

Bakıda beynəlxalq piano festivalı keçiriləcək - İlk dəfə
Mayın 20-dən 27-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə paytaxtımızda ilk dəfə Birinci Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, festivalda bütün janrları özündə cəmləşdirən 15-ə yaxın konsert nəzərdə tutulur. Festivalın təsisçisi və direktoru Əməkdar artist Şahin Növrəslidir.

Qeyd edək ki, festivalda caz, flamenko, tanqo, klassik və müasir musiqilər daxil olmaqla, bir çox yerli və dünya musiqisi inciləri səslənəcək.

Bir həftə davam edən festival Bakı şəhərinin ən maraqlı tədbirlərindən birinə çevrilməklə, ziyarətçilərə canlı musiqi sədaları altında ecazkar atmosfer bəxş edəcək.

Festival üçün biletləri onlayn əldə etmək mümkündür. Biletlərin qiyməti keçiriləcək məkan və konsertdən asılı olaraq dəyişir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031