manera.az
manera.az

Türkiyədə beynəlxalq piano festivalı keçiriləcək

📅 01.09.2018 18:12

Türkiyədə beynəlxalq piano festivalı keçiriləcək
Sentyabrın 1-də Antalyada XIX Beynəlxalq Piano Festivalı başlanacaq.

MANERA.AZ xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq piano festivalı çərçivəsində, həmçinin vokal çıxışların və rəqs şoularının təqdimi nəzərdə tutulur.

Sentyabrın 9-da tanınmış tunisli etnik caz ustadı Dhafer Youssefin konsert proqramı ilə festivala yekun vurulacaq.

Sufi ənənəsi, caz elementləri və ərəb lirizminin yer aldığı konsertdə sənətkar “Diwan of Beauty and Odd” adlı albomunu musiqisevərlərə təqdim edəcək.

Festival çərçivəsində gənc pianoçuların müsabiqəsi də keçiriləcək.


Baxış sayı - 1 144 | Yüklənmə tarixi: 01.09.2018 18:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930