manera.az
manera.az

Şahmar Əkbərzadə haqqında ilk monoqrafiya nəşr olundu

📅 15.02.2022 11:32

Şahmar Əkbərzadə haqqında ilk monoqrafiya nəşr olundu
Filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanovanın “İstiqlal arzusu ilə yaşayan şair” kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, kitab Şahmar Əkbərzadə haqqında ilk monoqrafiyadır.

Kitabın ön söz müəllifi akademik İsa Həbibbəyli, redaktorları yazıçı-publisist Mustafa Çəmənli və Könül Aslanova, rəyçiləri filologiya elmləri doktorları Vaqif Yusifli, Vüqar Əhməd, hüquq elmləri doktoru Habil Qurbanovdur.

“Elm və təhsil” nəşriyyatında çap olunmuş monoqrafiya “Özü ilə istiqlal arzusunu aparan şair”, “İstiqlal şairləri və Şahmar Əkbərzadə”, “Şahmar Əkbərzadənin lirikasında psixologizm”, “Türk dünyasının şairi”, “Qarabağdan əsən yellər” və “Müstəqillik illərində Şahmar Əkbərzadənin publisistikası” bölmələrindən ibarətdir.

Şahmar Əkbərzadə haqqında ilk monoqrafiya nəşr olundu


Baxış sayı - 1 028 | Yüklənmə tarixi: 15.02.2022 11:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930