manera.az
manera.az

Gənc rəssam və memar vəfat edib

Gənc rəssam və memar vəfat edib
İstedadlı rəssam və memar, Gənclər üçün Prezident mükafatı (2021) laureatı, Naxçıvan Dövlət Universiteti (NDU) Memarlıq kafedrasının müəllimi İsmayıl Cəfər oğlu İsmayıllı bədbəxt hadisə nəticəsində vəfat edib.

MANERA.AZ xəbər verir ki, İsmayıl İsmayıllı 1991-ci ildə Ordubad rayonunun Nüsnüs kəndində anadan olub. 2016-cı ildə NDU-nu memarlıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2016–2017-ci illərdə həmin universitetdə metodist işləyib. 2017-ci ildən Memarlıq kafedrasının müəllim kimi fəaliyyət göstərib.

Rəssam 2019-cu ildə Yaradıcı gənclər festivalında memarlıq üzrə qalib olub. 2014–2018-ci illərdə Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Rəssamlar Birliyinin keçirdiyi yaradıcılıq sərgi-müsabiqələrində I, II yerlərə layiq görülüb.

Sosial media hesablarında 2021-ci ili “ən uğurlu ili" kimi xarakterizə edən rəssamın ərsəyə gətirdiyi son işlərdən biri şəhid general Polad Həşimovun portreti idi. İsmayıl İsmayıllı ötən il Azərbaycan Memarlar İttifaqına üzv qəbul edilmişdi.

Allah rəhmət eləsin.

Gənc rəssam və memar vəfat edibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031