manera.az
manera.az

“İki şəhərin yazıları” - Ramil Əhməddən yeni kitab

📅 06.11.2018 11:43

“İki şəhərin yazıları” - Ramil Əhməddən yeni kitab
Gənc yazar Ramil Əhmədin “İki şəhərin yazıları” adlı yeni kitabı çap olunub.

Manera.az-ın məlumatına görə kitab rəssamlıq, kino, roman və poeziya sənətinə dair esselər toplusudur.

Ramil Əhməd Bakını İstanbula, İstanbulu Bakıya aparan yazılarla çıxış edir. Bakıdan dünyaya çıxışın, İstanbuldan özünəqayıdışın mədəni, kultroloji, fəlsəfəsi esselərin də məna simmetriyasını formalaşdırır. Həyatı sənətin gözlüyü ilə seyr etməyin və bu baxışın yaratdığı yazıda var olmağın alternativ gözəlliyi iki şəhərin mədəni vəziyyətinə, melanxolik təbiətinə işıq salır. Oxucu Van Qoqun rəsm dünyasından Andrey Zvyagintsevin və Abbas Kiorostaminin obyektivinin qarşısına düşür. Nabakov, Milan Kundera, Orxan Pamuk, Kurt Vonnequt kimi yazıçılara dair esselər digər xalqların ədəbiyyatının sirli dünyasına daxil olmaq üçün şərait yaradır.

Ramil Əhmədin 2015-ci ildə “Zaman Tuneli” adlı şeirlər kitabı nəşr olunub. Həmin il Gənclər və İdman Nazirliyinin “Gənclər Mükafatı”nı qazanıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. 2015-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 2018-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Yeni Türk Ədəbiyyatı ixtisası üzrə magistratura pilləsini bitirib. Hazırda İstanbul Universitetində doktorantura təhsili alır./aznews.az/

MANERA.AZ


Baxış sayı - 1 335 | Yüklənmə tarixi: 06.11.2018 11:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031