manera.az
manera.az

ƏSA Teatrı yenidən səhnədə - 2 ildən sonra

📅 18.01.2022 09:33

ƏSA Teatrı yenidən səhnədə - 2 ildən sonra
Ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı Jan-Pol Sartrın “Bağlı qapı arxasında” əsəri əsasında hazırladığı “Çıxış yoxdur!” fəlsəfi-dramının premyerasına hazırlaşır.

Teatrdan MANERA.AZ-a verilən məlumata görə, premyera fevralın 9-da Akademik Rus Dram Teatrının səhnəsində keçiriləcək.

Jan-Pol Sartrın 1944-cü ildə yazdığı "Bağlı qapılar arxasında" əsəri ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş rolların ifaçıları Elşən Əsgərov, Lalə Süleymanova və Səmayə Ağayarovadır.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar ƏSA Teatrı da tamaşa nümayişlərini dayandırmaq məcburiyyətində qalmışdı. Teatr bu müddət ərzində bir çox uğurlu layihələr icra etsə də, iki ildən sonra ilk dəfədir canlı tamaşa nümayişi həyata keçirəcək.

Biletləri şəhərin bütün kassalarından və “iticket.az” saytından əldə etmək olar.

ƏSA Teatrı yenidən səhnədə - 2 ildən sonra


Baxış sayı - 465 | Yüklənmə tarixi: 18.01.2022 09:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031