manera.az
manera.az

ƏSA Teatrı “Adamlar və siçanlar”ı yenidən təqdim edəcək

📅 24.04.2019 15:49

ƏSA Teatrı “Adamlar və siçanlar”ı yenidən təqdim edəcək
Aprelin 29-da ƏSA Teatrının təqdimatında “Adamlar və siçanlar” tamaşası yeni interpretasiyada təqdim olunacaq.

Manera.az xəbər verir ki, teatın baş meneceri Nicat Qulam tamaşanın Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacağını bildirib.

Baş menecerin sözlərinə görə, modern dünya trendlərini yerli auditoriyaya çatdırmaqla yanaşı, inklüiziv incəsənətin sərhədsiz olduğunu göstərmək niyyətindədirlər: “Bu dəfə tamaşanın qəhrəmanları öz azadlıqları naminə fermadan qaçmağı planlaşdırırlar. Qəhrəmanların başlarına gələcək gözlənilməz hadisələri tamaşanı izləməklə biləcəksiz”.

“Adamlar və siçanlar-3. Fermadan qaçış” adlanan tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.

Biletləri şəhərin bütün kassalarından, iTicket.az onlayn satış saytından və ASAN Xidmət Mərkəzlərindən əldə etmək olar.

MANERA.AZ


Baxış sayı - 1 059 | Yüklənmə tarixi: 24.04.2019 15:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930