manera.az
manera.az

Azərbaycanda ilk Müasir İncəsənət Məktəbi yaradılır

Azərbaycanda ilk Müasir İncəsənət Məktəbi yaradılır
YARAT Müasir İncəsənət Məkanı “YARAT Təhsil” proqramı çərçivəsində, Əməkdar rəssam, kurator Sabina Şıxlinskaya ilə birgə Azərbaycanda ilk Müasir İncəsənət Məktəbini elan edir.

YARAT-dan MANERA.AZ-a bildirilib ki, məktəbin açılışı qurumun yaradılmasının 10 illiyinə həsr olunur. Birillik kursun yekununda, müasir incəsənətin “Rəssamlıq”, “Kuratorluq”, “Art-menecer”, “Art-tənqidçi” və “Tədqiqatçı” sahələri üzrə mütəxəssislərə sertifikatlar veriləcək.

Layihə həm nəzəri (mühazirələr, müzakirələr, muzey və qalereyalara səfərlər), həm də praktiki hissələrdən (kurs işləri, yekun layihələr, yekun sərgi) ibarətdir. İncəsənət məktəbinin birinci mərhələsi 6 aylıq intensiv nəzəri proqramı nəzərdə tutur.

Proqram çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən, müasir incəsənətin fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq, heykəltaraşlıq, kollaj, animasiya və s. kimi janrları üzrə məruzələr keçiriləcək. Həmçinin, bir sıra qalereya, muzey və incəsənət məkanlarında görüşlər və müzakirələr keçiriləcək və bununla da kursun nəzəri aspekti tamamlanacaq.

Nəzəri kurs başa çatdıqdan sonra yekun sərgiyə hazırlıq işləri keçiriləcək. Bu mərhələyə sərginin ideya və konsepsiyalarının təqdimatı, tədqiqatların aparılması, müxtəlif materiallar, forma və texnika ilə iş, istehsal prosesi, büdcənin hazırlanması, quraşdırılma, yekun sərginin açılışı daxildir. İllik kurs isə, sərgi çərçivəsində xüsusi təhsil və sosial proqramların həyata keçirilməsi ilə yekunlaşacaq.

Dərslər həftədə 3 dəfə, əsasən, axşam saatlarında keçiriləcək. Abituriyentlərin məktəbə qəbulu müsabiqə əsasında aparılacaq

Müsabiqədə iştirak şərtləri:

CV (PDF formatında),

Veb-saytdan (əgər varsa) və sosial şəbəkə səhifələrindən (feysbuk, instaqram və s.) əlaqə məlumatları,

Portfolio (əgər varsa) – (vizual istiqamətdə iştirak üçün müraciət edirsinizsə, portfolionun olması zəruridir),

Yazılı materiallar, esselər, məqalələr – (nəzəri istiqamət üzrə iştirak üçün müraciət edirsinizsə, bu materiallar tələb olunur),

Bütün iştirakçılar 200-300 sözlük motivasiya məktubu təqdim etməlidirlər.

Yaş həddi: 18-35 yaş

İştirak ödənişsizdir. Müraciətlər fevralın 3-dək registration@yarat.az ünvanında qəbul olunacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031