manera.az
manera.az

"Hərənin öz romanı" kitabının imza günü keçirilib - Fotolar

"Hərənin öz romanı" kitabının imza günü keçirilib - Fotolar
Oktyabrın 9-da Bakı Ekspo Mərkəzdə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Şahanə Müşfiqin "Hərənin öz romanı" kitabının imza günü keçirilib.

Manera.az xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) stendində baş tutan imza mərasimində millət vəkilləri, ziyalılar, müəllifin qələm dostları və oxucular iştirak ediblər.

Ş.Müşfiq bildirib ki, sayca dördüncü kitabı olan "Hərənin öz romanı" müxtəlif illərdə yazılmış povest və hekayələrdən ibarətdir. Kitab "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi və "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin dəstəyi ilə çap olunub.

"Kitab bu ilin iyul ayında işıq üzü görsə də, mövcud pandemiya və karantin qadağaları səbəbindən təqdimat mərasimi keçirməmişdik. Ancaq işıq üzü gördüyü ilk gündən həm ədəbi mühitdə, həm də oxucular arasında marağa səbəb oldu və demək olar ki, hər kəs təqdimatı, satışı ilə maraqlanırdı. Nəhayət, mənim də üzvü olduğum Dünya Gənc Türk Yazarlar Birliyinin təklifi ilə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində imza günü keçirmək qərarına gəldik." - deyə müəllif qeyd edib.

İmza günündə Milli Məclisin sədr müavini, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, millət vəkili Arzu Nağıyev, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova, DGTYB-nin sədri İntiqam Yaşar, şair Vahid Aslan, jurnalist Vüsalə Məmmədova, ədəbiyyatşünas Ələmdar Cabbarlı, şairlər Qabil Ədalət, Aysel Xanlarqızı və başqaları iştirak edərək müəllifə uğurlar arzulayıblar. /525.az/

"Hərənin öz romanı" kitabının imza günü keçirilib - Fotolar
"Hərənin öz romanı" kitabının imza günü keçirilib - Fotolar
"Hərənin öz romanı" kitabının imza günü keçirilib - Fotolar
"Hərənin öz romanı" kitabının imza günü keçirilib - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031