manera.az
manera.az

78-ci Venesiya Film Festivalı davam edir

📅 05.09.2021 15:40

78-ci Venesiya Film Festivalı davam edir
78-ci Venesiya Beynəlxalq Film Festivalı davam edir.

Festival ispan rejissor Pedro Almodovarın “Paralel analar” filmi ilə açılıb. Penelopa Kruzun iştirakı ilə çəkilən ekran işi əsas müsabiqə proqramında yer alıb.

Manera.az xəbər verir ki, ümumilikdə festivalın baş mükafatı – “Qızıl şir” uğrunda 21 film yarışır.

Açılış mərasimində italiyalı rejissor və aktyor Roberto Benini dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə “Müqəddəs Markın qızıl şiri” mükafatı ilə təltif olunub.

Amerikalı aktrisa Ceymi Li Kertis də fəxri “Qızıl şir”ə layiq görülüb.

Sentyabrın 11-dək davam edəcək festivalın münsiflər heyətinə Cənubi Koreya rejissoru Pon Çjun Ho rəhbərlik edir.


Baxış sayı - 469 | Yüklənmə tarixi: 05.09.2021 15:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031