manera.az
manera.az

"Aləmlərin söhbəti" - Sadıq Qarayevin yazısı

"Aləmlərin söhbəti" - Sadıq Qarayevin yazısı

ggggggggggSadıq Qarayev

ALƏMLƏRİN SÖHBƏTİ

- Salam oğul, necəsən?
Hər gün, hər an səninləyik, biləsən. De görüm, o ağacın kölgəsi çox sərindir? Axan çayın şırıltısı, qəfil uçan o quşların pırıltısı bənzəyirmi bu dünyaya, baxırsanmı, sığırsanmı günə, aya?
Ehh oğul, fikirlərim, yuxularım bir- birindən dərindir... Bir dənizdəyəm, sahilləri bilinmir.
Tək qayığım, ağ yelkənim,
de, yanına necə gəlim?
Bəlkə məktəb çantan ağırdır, ver götürüm, dərslərini bilirsənmi de dinləyim, nə istəsən sənə alım, öz əlimdə yola salım.
Gülümsə, gözlərinin içində, üst- başının od-ocaq iyində, kölgəndə qalım. Yarandan süzülüm, de, mən sənə bir də ömür necə alım??
Susma, sən susanda döyüşürsən..
Qaya kimi böyüyürsən,
Sən susanda sıldırımlar aşırsan, bir sel olub, ucalara daşırsan...
Danış dinləyim, göy-qırmızı-yaşıl məktəblim, gəncim, ay- ulduzlu əsgərim, vətən oğlum, torpaq- daş oğlum, milli yaddaş oğlum, varım- yoxum, iki aləmdəki bağrı qanlı, qanı şanlı, ağ qanadlı mələyim,
De, yanına necə gəlim?
- Salam ata, necəsən?
Tələsmə ki, sən yanıma gələsən...
Burda çaylar fərqli axır, quşlar başqa cür oxuyur, yarpaqlar da çiçək qoxuyur, kölgələri ayrı cür sərin...
Ay ata, sənin saçların çox ağarmış, hər ağ tükün yanıma bir şəfəq salmış, üzündəki qırışlar yaram kimi dərin... Kədər qələmi, qürur yazmış.
De, bilim ata, orda vəziyyət necədir? İndi gündüzdür, ya gecədir? Şuşada işıqlar yanırmı, namazım yarımçıq qalmış, Dövlət baba məscidləri tikirmi, zəfər yolu çəkirmi, kəndli baba torpağını əkirmi?
Mən gələndə soyuq idi o dağlar, qar üstündə qar yorğanla yatmış dostlar, görürdü qar yuxular... İndi qazılıbdır yeni səngərlər, qurulupdu yeni postlar? Üşümür ki, indi döyüş dostlarım, o dünyada, bu dünyada damardakı qanlarım?
Ata, mən də hər an sizinləyəm, biləsən,
Tələsmə ki, tez yanıma gələsən.

Anama de, yuxum gəlmir, mənə lay-lay desin,
Qızıma de, atan yatıb, gözləməsin.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31