manera.az
manera.az

Azərbaycanlı rəssamın əsərləri Normandiyada sərgilənir

📅 18.09.2018 12:18

Azərbaycanlı rəssamın əsərləri Normandiyada sərgilənir
Fransanın Normandiya regionunun Villye-Sür-Mer şəhərində keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın əsərləri nümayiş olunur.

MANERA.AZ xəbər verir ki, sərgidə rəssamın “Uşaqlıq yuxuları” silsiləsindən “Qəlb”, “Xeyir-dua”, “Mələyin doğumu”, “Mexaniki məhəbbət” kimi 8 əsəri sərgilənir.

Rəssamın əsərləri Fransanın bir çox şəhərlərində və Parisin nüfuzlu rəsm qalereyalarında sərgilənib.

Onun əsərləri həmişə professionallar və sənətsevərlər tərəfindən yüksək qiymətləndirilir. N.Nərimanbəyova Parisdə “Qrand Pale”də keçirilən “Art en capital” sərgisində “Adajio” diptixinə görə “TOİLE D'OR” mükafatına layiq görülüb. Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssam” statusunu qazanıb.

Qeyd edək ki, Villye-Sür-Mer şəhərində keçirilən sərgi “Stella Art International” assosiasiyası tərəfindən təşkil olunub. N.Nərimanbəyova artıq 6 ilə yaxındır ki, bu assosiasiya ilə əməkdaşlıq edir.

Sərgi sentyabrın 27-dək davam edəcək.


Baxış sayı - 1 075 | Yüklənmə tarixi: 18.09.2018 12:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031