Antalyada Beynəlxalq Təhsil Konfransı keçiriləcək - İştirak üçün ŞƏRTLƏR

27-30 oktyabr 2021-ci il tarixlərində Türkiyənin Antalya şəhərində “PEGEM” Beynəlxalq Təhsil Konfransı (IPCEDU-2021) keçiriləcək
“PEGEM Akademiya”dan Manera.az-a verilən məlumata görə, “IPCEDU-2021” Türkiyənin nüfuzlu universitetlərindən olan Qazi Universiteti və beynəlxalq nəşriyyat olan PEGEM Akademiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək.
Konfransın əsas mövzusu "Pandemiya dövründə və pandemiya sonrasında təhsil" konfransın keçirilməsində əsas məqsəd akademik səviyyədə müzakirələr aparmak və elmi məqalələri çap edərək elm sahəsinə qazandırmaqdır.
Proqrama panellər, seminarlar, şifahi təqdimatlar, geniş araşdırma və afişa təqdimatlar da daxildir.
Göndərilən tezislər simpoziumdan əvvəl kitab şəklində nəşr olunacaq. Bundan əlavə, simpoziuma göndərilən məqalələr (qiymətləndirmə komissiyanın təsdiqindən keçərsə…) kitab şəklində yayımlanacaq.
Konfransın təqdimat dilləri türk və ingilis dilləridir.
Tezislərin təqdim edilməsi üçün son tarix: 15 sentyabr 2021
Qəbul edilmiş tezislərin elan tarixi: 30 sentyabr 2021
Proqramın açıqlanacağı tarix: 10 oktyabr 2021
Simpoziumun başlanğıc tarixi: 27 oktyabr 2021
Ətraflı məlumat üçün https://ipcedu.org/ müraciət edə bilərsiz.