manera.az
manera.az

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

📅 07.07.2019 21:53

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək
Təhsil naziri Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransının keçirilməsi barədə əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Manera.az xəbər verir ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan konfrans dekabrın 3-4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək.

Əmrə əsasən, ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin oktyabrın 10-dək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim olunmasını təmin etməlidirlər. Bundan başqa, Azərbaycan Memarlıq və Memarlıq Universitetinin rektoruna konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratmaq, konfransın proqram və materiallarının nəşrini təmin etmək, Elm, ali və orta ixtisas təhsil şöbəsinə isə konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etmək tapşırılıb.

MANERA.AZ


Baxış sayı - 1 516 | Yüklənmə tarixi: 07.07.2019 21:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031