manera.az
manera.az

“Qırmızı papaq” tamaşası onlayn göstəriləcək

📅 20.06.2021 11:13

“Qırmızı papaq” tamaşası onlayn göstəriləcək
İyunun 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Qırmızı papaq” tamaşasını nümayiş etdirəcək.

Manera.az xəbər verir ki, Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə teatrın baş rejissoru Qurban Məsimov quruluş verib.

Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova və başqaları ifa edirlər.

Səhnə əsəri sənət ocağının yutub kanalı vasitəsilə saat 12:00-da nümayiş olunacaq.


Baxış sayı - 438 | Yüklənmə tarixi: 20.06.2021 11:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031