manera.az
manera.az

Qovaq yarpaqları pıçıldaşırlar - Şeirlər

Qovaq yarpaqları pıçıldaşırlar - Şeirlər
Belorus sovet yazıçısı, şair, dramaturq, ssenarist, publisist, belorus ədəbiyyatının klassiki Vladimir Semyonoviç Korotkeviç 26 noyabr 1930-cu ildə BSSR-in Orşa şəhərində anadan olub, 25 iyul 1984-cü ildə Minskdə vəfat etmişdir. O, XX əsr Belorus ədəbiyyatının kifayət qədər parlaq simalarındandır. Tarixi detektiv janrına ilk müraciət edən Belorus yazıçılarından olmuşdur. Yazıçı Belorus ədəbiyyatını mövzu və janr baxımından zənginləşdirmiş, intellektual və fəlsəfi baxımdan inkişaf etdirmişdir. Müəllifin məşhur əsərləri “Kral Staxanın vəhşi ovu”, “Ağ saçlı əfsanə”, “Sənin orağın altandakı sünbül”, “Xristos Qrodnoda yerə enmişdir”, “Olşanskinin qara qəsri” kimi povestləri”, “Ağ qanadlar altındakı torpaq” essesisidir.

İbrahim Quliyevin tərcüməsində Vladimir Korotkeviçin üç şeirini təqdim edirik.


Bədbəxtlik qardaşları

Ay Ayı dağ, bir söylə neynirsən dənizlə sən?
Onu son damlayadək içməyi düşünürsən?
Burax, sən öz-özünə dərddən mızıldanmağı
İçib doya bilməzsən, dəniz duzludur axı.

Burax sən bu məstliyi, başını da fırlatma
Ki, qüssədən özünü asmayasan bu səhər.
Bülbül məhəbbətinlə dolu qayıq uzaqda-
Çox uzaqda, bu səfər çəkər bir aya qədər.

Gəl, yaxşısı budur ki, axtarıb şərab tapım
Və kifal balığıyla yaxşı oturaq yenə.
İçək mənim sarısaç yarımın ləblərinin,
Sənin qaragözlünün xəyanəti eşqinə.

Belarus mahnısı

Hardadır mənim ölkəm?
Harda ki, Beloveja
əbədi nəğmə deyir,
Harda ki, Nyomanın
qürub enir üstünə,
axır qızıl qan kimi.
Navaqradka adlanan
uzaq təpələr üstə
çadırlar mürgüləyir
Albalı çətirləri
o geniş Dnepri
seyr edir insan kimi.
Uzanmısan o yerdə,
orda ki, mavi Pripyat
ləpələnir ahəstə
Orda ki, qu quşu tək
üzür doğma Sofiya
Dvina çayı üstə.
Mənim qəlbim ilk dəfə
çırpındı çəkic kimi,
titrədi, əsdi dizim
Mən kor olsaydım belə
səninlə bu görüşə
gələcəkdim, əzizim.
Nə kor! hətta ölsəm də
yenə xatırlayaram
o uzaq ulduzları
Və palazqulaqların
al qırmızı çay üstən
uçub keçdiyi anı.
Mavi, geniş göllərin üstündə
ağ yelkəninin əzəməti, vüqarı
Pambıq çiçəkləri tək açılmış
göy üzünü, meşə okeanını.

Hardadır mənim ölkəm?
İnsanların heç zaman
qul olmadığı yerdə
Ümidsiz məhbəslərdə
bir udumluq su ilə
həyatı yaşatdılar.
Cəsur, qorxmaz cavanlar
palıd kimi boy atıb
bitirlər meşələrdə
Kişilər qaya kimi,
vurursan qılınc sınır,
polad dözümləri var.

Hardadır mənim ölkəm?
Şamların arasında
müdrik əcdadlarımı
mürgü döydüyü yerdə
Orda ki, iyun ayı
qadınlar ayaq üstə açardı dan yerini.
Qızlar qızıl yağışı,
ağ birçəkli qarılar
Tor basmış kövşənlik tək,
payız günəşi kimi
Orda ki, ölməzliyin
nəğmələri oxunur-
deyilməmiş möcüzə
Orda əsrlər boyu səslənir
mənim dilim, cingiltili polad tək.
Bu qürurlu dili biz unutmarıq
heç zaman, hətta günəşlə birgə
Anamız Yer kürəsi qaranlıqlar
içində əriyib itənədək.
Sən bizim diyarımız,
sən baba evi üstdə
çiçəkləyən armudsan
Payızın sıx fosforlu
pətəyi meteorlar.
Sən bizim şüarımız,
biz səni dəyişmərik
heç nəyə heç bir zaman.
Biz imkan vermərik ki,
səni yadlar tapdasın,
sənə böhtan atalar.
Biz sənə and içirik
– and içirik tarlada açılan ilk şırıma
Sükunət aləminə
yola düşməzdən qabaq
çəkilən son nəfəsə,
And içirik nə acı, nə də ki xoş günlərdə
Biz güzəştə getmərik
səni heç vaxt, heç kəsə.

Yerin sputnikinə

Qovaq yarpaqları pıçıldaşırlar,
Ulduzlar dairə çəkirlər bu an.
Mənim səmadakı balaca dostum,
Səni görməmişəm mən heç biz zaman.

Ey parlaq ulduzum, doğub nur çilə
Yurdun üstündəki ənginliyə sən.
Yeddinci qatında - gözəl səmanın
Dostlara ehtiyac duyuruq qəlbən.

Onların ürəyi göyə uçmadı
Doğma tarlaları deyib gəldilər.
Onlar yer sakini-ölənə qədər
Bəs? Yer sakini deyilsən məgər?

Burda təsadüfən doğulmadın sən.
Ən adi, ən sadə yer adamları
Agah oldu sənin bütün sirrindən.
Və orbit çəkdilər düz sənə sarı.

Sən ürəyi təmiz adamlar kimi
Zülmətlə döyüşə girirsən ancaq.
Sən öz orbitində yanırsan elə
Doğma tərəflərə işıq saçaraq.

Tərcümə edəni: İbrahim Quliyev
Qovaq yarpaqları pıçıldaşırlar - ŞeirlərБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930