manera.az
manera.az

Bu il “Son zəng” keçiriləcəkmi? - Rəsmi açıqlama

📅 07.06.2021 11:48

Bu il “Son zəng” keçiriləcəkmi? - Rəsmi açıqlama
Orta məktəb məzunlarının “Son zəng” tədbirinin keçirilib-keçirilməməsini Nazirlər Kabineti müəyyən edəcək.

Manera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlik qərar haqqında ictimaiyyətə məlumat veriləcəyini qeyd edib.

“Pandemiya dövründə ictimai toplaşma, kütləvi tədbirlərin təşkili və ləğvi ilə bağlı müvafiq qərarlar Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qərar açıqlanarsa, bu barədə mediaya və ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, orta məktəblərdə 2020-2021-ci tədris ili iyun ayının 15-də yekunlaşacaq.

Bu il respublika üzrə XI sinifləri 84076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır.


Baxış sayı - 590 | Yüklənmə tarixi: 07.06.2021 11:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031