manera.az
manera.az

Karantin rejimi uzadıldı - RƏSMİ

Karantin rejimi uzadıldı - RƏSMİ
Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.

Manera.az xəbər verir ki, Nazirlər Kabinetinin Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb.

Qərarda deyilir:

“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.

Qərara əsasən, aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

29 may saat 00:00-dan 31 may saat 06:00-dək

Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabineti həmçinin bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair də qərar qəbul edib.

Qərara əsasən, martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Karantin rejimi uzadıldı - RƏSMİБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031