manera.az
manera.az

Baş redaktor koronavirusdan vəfat etdi

📅 03.07.2020 06:17

Baş redaktor koronavirusdan vəfat etdi
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin daha bir əməkdaşı koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.

Manera.az xəbər verir ki, AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev koronavirusdan vəfat edib.

O, ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına gətirilmişdi və orada müalicə alırdı. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, iki gün bundan əvvəl(1 iyul – Red) “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nemətzadə Samir də koronavirusdan vəfat edib.


Baxış sayı - 816 | Yüklənmə tarixi: 03.07.2020 06:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031