manera.az
manera.az

Beynəlxalq Rəsul Rza Mükafatının təqdimatı keçirildi - Fotolar

Beynəlxalq Rəsul Rza Mükafatının təqdimatı keçirildi - Fotolar
Mayın 19-u Azərbaycanın görkəmli şairi Rəsul Rzanın anadan olduğu gündür. Ənənəvi olaraq hər il may ayında bir qrup ziyalıya Beynəlxalq Rəsul Rza Mükafatı təqdim edilir. Bu gün mükafatın təqdimatı keçirilib.

Manera.az-a verilən məlumata görə, öncə bir qrup ədəbiyyat və incəsənət xadimi Xalq şairləri Rəsul Rzanı və Fikrət Qocanı onların məzarı önündə anıblar. Ziyarətə gələnlər əvvəlcə vaxtilə Rəsul Rza Fondunun prezidenti olmuş Xalq şairi Fikrət Qocanı məzarı başında yad ediblər. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Fikrət Qocanın Rəsul Rza yaradıcılığına böyük rəğbəti barədə danışıb:

“Fikrət Qoca həm sadiq dost, həm də gözəl şair idi. Hər il mükafatla bağlı məsələləri özü həll edirdi. Təəssüf ki, bu gün aramızda yoxdur. Allah Fikrət Qocaya qəni-qəni rəhmət eləsin”.

AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Fikrət Qocanın bu yöndə səmərəli fəaliyyəti barədə fikirlərini bildirib:

“Fikrət Qoca çox gözəl şair olmaqla yanaşı, həm də çox məsuliyyətli və diqqətli insan idi. Hər il mükafatla bağlı məsələlərə də çox həssas yanaşırdı. Onun AYB-nin birinci katibi kimi fəaliyyəti çox səmərəli idi. Bu gün Fikrət Qoca aramızda yoxdur, amma biz bu ənənəni davam etdiririk. İnanıram ki, Fikrət Qocanın da, Rəsul Rzanın da ruhu şaddır. Allah hər iki şairə rəhmət eləsin”.

Daha sonra ziyarətə gələnlər Rəsul Rzanı məzarı önündə anıblar. Rəşad Məcid Rəsul Rzanın ölməz poeziyasından, təkrarsız şəxsiyyətindən danışıb, hətta özünə qarşı haqsızlıqlara da xeyirxahlıqla cavab verdiyini vurğulayıb.

Qələm adamlarından Yusif Nəğməkar və Səyyad Aran Rəsul Rzanın vətənə, torpağa bağlılığı barədə fikirlərini bölüşərək onun daim yazıçılara, şairlərə qarşı həssas münasibət sərgilədiyini qeyd ediblər.

Sonda Xalq yazıçısı Anar müqəddəs şəhərimiz Şuşanın Rəsul Rza üçün də böyük dəyər olduğunu vurğulayıb. Anar bildirib ki, hələ ermənilərin iddiaları təzə-təzə baş qaldıranda Rəsul Rza buna görə çox nigaran idi. Bu gün Şuşamız azad və Rəsul Rzanın da ruhu şaddır.

AYB-nin binasında keçirilən təqdimat mərasimində Millət vəkili Cavanşir Feyziyev, Nazim Muğanlı, Ramiz Əskər, Xasiyyət Rüstəm, Solmaz Amanova, Elnur Uğur, Hüseyn Sözlü, Damət Salmanoğlu, Nazim Məmmədbəyov, Nəcməddin Mürvətov Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülüblər.

AYB sədri Anar hər bir laureatı təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb. /525.az/

Beynəlxalq Rəsul Rza Mükafatının təqdimatı keçirildi - Fotolar
Beynəlxalq Rəsul Rza Mükafatının təqdimatı keçirildi - Fotolar
Beynəlxalq Rəsul Rza Mükafatının təqdimatı keçirildi - Fotolar
Beynəlxalq Rəsul Rza Mükafatının təqdimatı keçirildi - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31