manera.az
manera.az

Nurafizin tərcümə kitabı çap olundu

📅 19.05.2021 15:40

Nurafizin tərcümə kitabı çap olundu
Tanınmış şair Nurafizin "Bəyaz durnalar" adlı şeirlərdən ibarət tərcümə kitabı çap olunub.

Manera.az xəbər verir ki, topluda Rusiyanın müxtəlif regionlarında, həmçinin Qazaxıstanda və Dağıstanda yaşayıb-yaradan 12 tanınmış şairin şeirləri dilimizə tərcümə edilib.

Topluda yaradıcılığından nümunələr yer alan müəlliflərin əksəriyyəti hər il Dağıstanda təşkil olunan “Bəyaz durnalar” ədəbi festivalının iştirakçıları, xalqlar arasında ədəbi əlaqələrin qurulmasında xidmətləri olan şəxslərdir.

Topludakı yaradıcılıq nümunələri Azərbaycan oxucusunun geniş bir arealda yaranan müasir poeziyadan xəbərdar olması üçün xüsusi əhəmiyyət daşıyır.

Qanun nəşriyyatında çap olunan 144 səhifədən ibarət kitabın redaktoru və nəşrə hazırlayanı tanınmış yazıçı Nəriman Əbdülrəhmanlıdır.

Nurafizin tərcümə kitabı çap olundu


Baxış sayı - 846 | Yüklənmə tarixi: 19.05.2021 15:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031