manera.az
manera.az

Herman Hessenin esselər kitabı Azərbaycan dilində

📅 22.07.2020 12:47

Herman Hessenin esselər kitabı Azərbaycan dilində
Azərbaycan Yazıçılar Birliyinin və "Ulduz" jurnalının ortaq layihəsi olan "#ulduzlu nəşrlər" seriyasından onuncu - "Kitab xəstəsi" adlı kitab işıq üzü görüb.

Manera.az xəbər veri ki, bu seriyaya Nobel mükafatı laureatı Herman Hessenin kitab, mütaliə, ədəbiyyat haqqında ən dəyərli 19 essesi daxil edilib.

Esseləri yazıçı-tərcüməçi Xanım Aydın tərcümə edib.

"Kitab oxumaq barədə", "Kitab xəstəsi", "Roman oxumaq", "Kitabın sehri", "Mütaliə barədə", "Sevimli mütaliə", "Aşkarlanmamış xəzinə", "Kitabların əldə edilməsi və oxunması", "Dünyəvi böhran və kitablar", "Kitabların tozunun alınması", "Şeirlər haqqında", "Ədəbiyyatçının iş günləri", "Novalis", "Raritet", "Ucuz kitablar", "Yataqda mütaliə", "Şair", "Gənc şairə", "Tolstoy və Rusiya" kitaba daxil edilmiş esselərdir.

Məlumat üçün bildirək ki, sözügedən layihənin rəhbəri Qulu Ağsəs, kitabın redaktoru Fərid Hüseyn, dizayneri Zahid Məmmədovdur. Kitab "Təhsil" nəşriyyatında çap olunub.

Herman Hessenin esselər kitabı Azərbaycan dilində


Baxış sayı - 983 | Yüklənmə tarixi: 22.07.2020 12:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031