Cavanşir Yusiflidən yeni tərcümə kitabı - Foto
Azərbaycan Yazıçılar Birliyi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində Marqaret Ətvudun “Yanmış evdə səhər yeməyi” seçmə şeirlər toplusu işıq üzü görüb.
Manera.az xəbər verir ki, Marqaret Ətvud müasir ədəbiyyatın xarakterinə yeniliklər gətirmiş qələm sahibidir. Onun poeziyası nəsri və esse yaradıcılığı, habelə ədəbi tənqid fəaliyyətindən ayrılmaz olsa da, mahiyyətcə çox fərqlidir. Bu fərq hər şeydən öncə yazı manerasında, bəsirət gözüylə gördüklərini poetik “montaj” içindən keçirə bilmək bacarığında ifadə olunur. Obraz ilğımlar içindən keçir və oxucunun təsəvvüründə tam başqa biçimdə görünür və ona sirli şeylər anladır. Bu təsadüfdə həyatı ərszin hər tərəfinə dağılmış rənglər içində görürük.
Şeirləri ingilis dilindən Cavanşir Yusifli tərcümə edib.
Mərkəzin çap etdiyi “Yanmış evdə səhər yeməyi” toplusunda ön söz və poetik mətnlər iki dildə - həm orijinalda, həm də dilimizə tərcümədə təqdim olunur. Toplu “Mütərcim” nəşriyyatında çap edilib, naşir və redaktoru S.Babullaoğludur.
MANERA.AZ