manera.az
manera.az

Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırdı

📅 16.05.2021 17:10

Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırdı
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.

Manera.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “Puşkin” medalı ilə, teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə təltif edilib.

Sənəddə qeyd edildiyi kimi, Azərbaycan mədəniyyət xadimləri Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdiyi böyük töhfələrə görə mükafatlandırılıb.


Baxış sayı - 526 | Yüklənmə tarixi: 16.05.2021 17:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930