manera.az
manera.az

“Suriyalı” tamaşası nümayiş olunacaq MANERA.AZ

📅 28.09.2015 12:04

“Suriyalı” tamaşası nümayiş olunacaq MANERA.AZ

Orxan Bahadırsoyun eyni adlı romanı əsasında səhnələşdirilmiş “Suriyalı” tamaşası oktyabr ayının 2-i və 3-ü, saat 19:00-da, Oda teatrında oynanılacaq.
Tamaşa Suriyadakı vətəndaş müharibəsindən, terrordan əziyyət çəkən və Türkiyədə qaçqın həyatı yaşayan suriyalıların taleyindən bəhs edəcək.

İstanbulun gecə klublarında oriental rəqs edən suriyalı homoseksual gəncin həyatı, onun dili ilə müharibənin təsviri və şərq coğrafiyasındakı homofobiyanın amansız fəsadları – bütün bunlar “Suriyalı” tamaşasında öz əksini tapacaq.

Qeyd edək ki, tamaşanın müəllifi Orxan Bahadırsoy, rejissoru Elmin Bədəlov və Orxan Bahadırsoydur.

Tamaşada obrazlardan birini teatrın rəhbəri Elmin Bədəlov, suriyalı homoseksual gəncin obrazını isə müəllif Orxan Bahadırsoy özü canlandırır.


Baxış sayı - 2 229 | Yüklənmə tarixi: 28.09.2015 12:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930