manera.az
manera.az

Kimlər məktəb direktoru ola bilər?

📅 27.04.2021 16:47

Kimlər məktəb direktoru ola bilər?
Direktor vәzifәsinә işә qәbul üzrә müsabiqәnin keçirilmәsi üçün Tәhsil Nazirliyindә müsabiqә vә apelyasiya komissiyaları yaradılır.

Manera.az xəbər verir ki, müsabiqәdә pedaqoji vә ya idarәetmә ixtisas sahәlәri üzrә ali tәhsili, 5 ildәn az olmayaraq pedaqoji stajı olan vә hazırda məktəbdə pedaqoji fәaliyyәtlә mәşğul olan şәxslәr iştirak edә bilәrlәr.

Tәhsilin tәşkili vә idarә olunması ixtisası üzrә elmi dәrәcә vә elmi adı olduqda pedaqoji staj 3 il tələb olunur.

Mәhkumluğu ödәnilmәmiş vә ya götürülmәmiş, elәcә dә mәhkәmәnin qәrarına әsasәn, yaxud sağlamlığı ilә әlaqәdar pedaqoji fәaliyyәt göstәrmәsi qadağan olunan şәxslәr direktorların işә qәbulu üzrә müsabiqәdә iştirak edә bilmәzlәr.

Qeyd edək ki, bu Qaydalar Nazirliyin birbaşa tabeliyindә olan lisey vә gimnaziyalara şamil edilmir.


Baxış sayı - 745 | Yüklənmə tarixi: 27.04.2021 16:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031